İçeriğe geçmek için "Enter"a basın

Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib

20-01-2019

[r32]

20 Yanvar, 2019  17:07 xeber – Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.”Report”un Muğan bürosunun məlumatına görə, anım tədbiri rayonun Mərkəzi Parkında 20 Yanvar şəhidləri üçün ucaldılmış abidə kompleksinin qarşısında baş tutub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.Mərasimdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər qoyaraq, onların əziz xatirəsini ehtiramla yad ediblər.Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Biləsuvar rayonundan 2 nəfər – Baba Xammədov və Əlimərdan Hüseynov şəhid olub.

mənbə :
Report.az

Bilesuvarda 20 Yanvar faciesinin ildonumu ile bagli umumrayon tedbiri kecirilib