[r32] 
                16 Yanvar, 2019  23:52 xeber –   Futbol üzrə İtaliya Superkubokunun sahibi məlum olub.“Report” xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kinq Abdulla Sports Siti” stadionunda “Yuventus” və “Milan” arasında keçirilən görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Görüşdə yeganə qolu 61-ci dəqiqədə “Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu vurub.Ötən il “Yuventus” ardıcıl 7, ümumilikdə isə 34-cü dəfə İtaliya çempionu olub. “Milan” isə ölkə Kubokunun finalına qədər gələrək, burada həmin Turin təmsilçisinə məğlub olub.İtaliya Superkuboku. Final”Yuventus” – “Milan” – 1:0Qol: 1:0 – Ronaldu – 61Qırmızı vərəqə: Kessye, 73 (“Milan”)  
mənbə : 
Report.az