İçeriğe geçmek için "Enter"a basın

Gəlin-baldız davası Bakı metrosunda intihara cəhdlə yekunlaşdı

25-12-2018

Gəlinləri ilə dalaşan qız özünü metroda qatarın altına atmaqla öldürmək qərarına gəlib, amma polislər ona mane olublar. Polis əməkdaşları Bakı metropolitenində intihara cəhdin qarşısını son anda alıblar. Qatarın gəlməsinə az qalmış qohumu ilə mübahisə edən qız öz həyatını təhlükəyə atan zaman xilas edilib.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, dekabrın 24-də saat 10:00 radələrində metronun “Koroğlu” stansiyasında Bakı şəhərinin 27 yaşlı sakini Q.Ş. intihara cəhd edib. Polislər anında hadisə yerinə çataraq ona bu addımı atmağa mane olublar. Qızla söhbət zamanı məlum olub ki, onu bu addımı atmağa qardaşının həyat yoldaşı vadar edib. Gəlin baldızını ağır sözlərlə təhqir edib və buna dözməyən qız özünü qatarın altına atmaqla öldürmək qərarına gəlib.

Hazırda faktla bağlı araşdırma aparılır.</p [r32]
2018-12-25T21:14 xeber – /strong
mənbə :
Sputnik

Gelin-baldiz davasi Baki metrosunda intihara cehdle yekunlasdi