İçeriğe geçmek için "Enter"a basın

Türkiyə qana boyanır, şəhidlərin sayı artır (YENİLƏNİB)

26-07-2015

05:20 xeber – Diyarbəkir vilayətinin Lice rayonunda törədilən terror aktı nəcisəsində şəhid olan türk əsgərlərinin sayı artıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məluamtına görə, yaralı əsgərlərdən biri xəstəxanada keçinib.

Bununlada ölən əsgərlərin sayı 2-yə çatıb.

04:20

Türkiyədə növbəti terror aktı törədilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Diyarbəkir vilayətinin Lice rayonunda hərbi maşın hərəkətdə olarkən bomba yüklü avtomobil partadılıb. Terror aktı PKK terrorçuları tərəfindən həyata keçirilib.

Partlayış nəticəsində 1 türk əsgəri şəhid olub, 5 əsgər isə yaralanıb.

Hazırda bölgədə əsgərlərlə terrorçular arasında şiddətli döyüşlərin getdiyi bildirilir. Əraziyə kömək üçün əsgərlər göndərilib.

Həmçinin oxuyun: Türkiyədə ikinci şok

Son məlumatlara görə, Türkiyənin İzmir şəhərindəki AKP partiyasının binası önündə də partlayış baş verib.

Anadolu agentliyinin məlumatına görə, bina qarşısında səs bombası partladılıb. Hadisə nəticəsində binanın şüşələri sınıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib, araşdırma aparılır.


AKP partiyasının binası önü

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Kürd Fəhlə Partiyasının başçısını məhv edib. Partiya başçısı Önder Aslan İraqın şimalında hava qüvvələrinin bombardmanı nəticəsində məhv edilib.

Həmçinin oxuyun: Türkiyə qarışdı: terrorçular avtobus sürücülərini girov götürdü

Türkiyədə əməliyyat başladı, 251 nəfər tutuldu

Türkiyə sərhədində atışma (VİDEO)

mənbə :
anspress

Bir yorum

  1. Behram 26/07/2015

    KFM deyesen 50 ilden coxdur ki, sosializmi kommunistler kimi siyasi yox, kardesh qirgini ve banditizm yolu ile sona vermeye calisir?

Yorumlar kapatıldı.

Türkiye qana boyanır, şehidlerin sayı artır (YENİLƏNİB)