İçeriğe geçmek için "Enter"a basın

Məşhur hoteldə güclü yanğın oldu, yaralılar var

26-07-2015


26.07.2015 / 05:06 xeber –

ABŞ-ın Las-Veqas şəhərində, məşhur “Cosmopolitan” hotelində güclü yanğın baş verib.

 

APA-nın ABC-yə istinadən məlumatına görə, nəticədə 2 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə hadisə yerində tibbi yardım göstərilib.

 

Yanğın binanın 14-cü mərtəbəsində yerləşən açıq meydanda əmələ gəlib. Hadisə yerinə  110 yanğınsöndürən  cəlb edilib. Hazırda yanğının söndürüldüyü bildirilir. İnsident zamanı hoteldə qalanlar dərhal evakuasiya edilib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

 

Qeyd edək ki, 3 min nömrədən ibarət “Cosmopolitan Hotel” 2010-cu ildə istifadəyə verilib. Bu il isə nüfuzlu “Conde Nast Traveller” nəşri tərəfindən dünyanın ən yaxşı hotellərinin “Qızıl siyahı”sına daxil edilib. 

mənbə :
lent.az

Meşhur hotelde güclü yanğın oldu, yaralılar var