İçeriğe geçmek için "Enter"a basın

Rusiya qoşunu Ermənistandan Gürcüstana girə bilər

26-07-2015

04:52 xeber – Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasından Gürcüstana qarşı istifadə edilə bilər.

Bu barədə Gürcüstanın Sosial Elmlər Mərkəzinin eksperti Kristina Marqvelaşvili erməni portalına müsahibəsində bildirib.

Onun fikrincə, Gümrü bazası gürcü toplumunda neqativ ovqat doğurur. “Bizdə belə bir hissiyat var ki, Rusiya hərbi bazası Gürcüstan üçün təhlükədir. Məsələn, Abxaziyada və ya başqa yerlərdə mümkün konfliktlər zamanı ondan əleyhimizə istifadə oluna bilər” – qeyd edib Marqvelaşvili.

Bununla belə, ekspert məsələni şişitrməyin, Rusiyadan alınan istənilən silahın Gürcüstan əleyhinə yönəldiləcyi fikrinin də tərəfdarı olmadığını söyləyib. “Ancaq təkrar edirəm: Ermınistandakı Rusiya hərbi mövcudluğundan Gürcüstan əleyhinə istifadə oluna bilər”, – deyə o fikrini tamamlayıb. / musavat.com


Ekspert Kristina Marqvelaşvili

Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası 1995-ci ildən bu günə qədər fəaliyyət göstərir. Hərbi bazada 5 minədək hərbçi var. Gürcülər dəfələrlə bəyan ediblər ki, Gümrüdəki 102 saylı hərbi baza Gürcüstan üçün təhlükə olaraq qalmaqdadır.

mənbə :
anspress

Bir yorum

  1. araz 26/07/2015

    gümrü şeherin ötürecciz
    ermenistana girsen serhedlerinde her yerde esger evi var orda iki bayraq var biri rusun biri ermeninin
    ve orda cızığınnan çıxsan esger evinde seni danışdıran rus ulduzlu adamları olecihler
    feqet xırım xırdalari ermenidiler
    gürcüstanınan ermenistanın arası qarışsa messeb itecih inşallah azerbaycan bu lil sulardan istedığı balığı tuta büler

Yorumlar kapatıldı.

Rusiya qoşunu Ermenistandan Gürcüstana gire biler