İçeriğe geçmek için "Enter"a basın

İzmirdə AKP-nin ofisi qarşısında partlayış

26-07-2015


26.07.2015 / 04:22 xeber –

Türkiyənin İzmir şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) binası qarşısında partlayış baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, binanın qarşısındakı avtomobil dayanacağında səs bombası partladılıb.

 

Partlayış nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəydiyi bildirilir.

 

Polis hadisə yerində müvafiq tədbirlər görür. Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, iyulun 22-də İstanbulda AKP ofisi silahlı hücuma məruz qalmışdı.

mənbə :
lent.az

İzmirde AKP-nin ofisi qarşısında partlayış