İçeriğe geçmek için "Enter"a basın

Rusiya ABŞ-ı bu yeni silahlarla vuracaq - FOTO

26-07-2015

15:51 xeber – Rusiya Müdafiə Nazirliyi Pentaqonun Avropaya yerləşdirəcək raket əleyhinə müdafiə sistemlərinə qarşı yeni silahların istehsalına başlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya Rumıniyaya yerləşdiriləcək ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Krıma Tu-22M3 tipli bombardmançı təyyarələri yerləşdirərək zərərsizləşdirməyi planlaşdırır. Rəsmi Moskva qısa müddətdə Krıma Tu-22M3 təyyarələrini göndərməyi nəzərdə tutub.

Rusiya Müdafiə Nazirliyindəki mənbədən “İnterfax” xəbər agentliyinə veriləm məlumata görə, Tu-22M3 bombardmançı təyyarələrinin hədəfi dəqiq vura bilmə məsafəsi Qara dəniz sərhədlərini aşır. Rusiya bununla hava sərhədlərinin təhlükəsizliyini tamamilə təhlükəsizliyini təmin etməyə çalışır


Tu-22M3 tipli bombardmançı təyyarə

Rusiyanın Hipersonik 4202 döyüş təyyarələri də ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini də zərərsizləşdirə bilmə qabiliyyətinə malikdir.

“Əgər Hipersonik 4202 təyyarələri başarılı olarsa, ABŞ-ınb raketdən müdafiə layihəsi mənasız olacaq”, deyə hərbi mənbə agetnliyə bildirib.

Gələcəyin silahları olaraq bilinən hipersonik təyyarələr çox sürətli olması və raket daşıya bilmə qabiliyyəti ilə digər döyüş təyyarələrini geridə qoyur

Rusiya Müafiə Nazirliyi hipersonik döyüş təyyarələrinin sınaqlarının bu il də davam edəcəyini bildirən nazirlik rəsmisi ABŞ-ın da yeni döyüş təyyarələri üzərində işlədiyini qeyd edib.


Rusiyanın Hipersonik 4202 döyüş təyyarələri


ABŞ-ın raketdən müdafiə sistemi

mənbə :
anspress

Rusiya ABŞ-ı bu yeni silahlarla vuracaq – FOTO