İçeriğe geçmek için "Enter"a basın

Türk ordusundan son 10 ilin ən böyük əməliyyatı

26-07-2015

02:50 xeber – İŞİD və PKK terrorçularının Türkiyədə hücumları nəticəsində daha bir polis əməkdaşı öldürüldən sonra Türkiyə Silahlı Qüvvələri yenidən hərəkətə keçib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumartına görə, Diyarbəkir 2-ci Hava Qüvvələri Komandanlığına daha əvvəl göndərilən 10 qırıcıdan sonra Eskişehir, Balıkesir, Malatya ve Amasya vilayətlərindən daha bir neçə F-16 qırıcıları göndərilib.

22 F-16 qırıcısı artıq Diyarbəkirə çatıb. Gündə 3 dəfə Türkiyənin Suriya və İraqla sərhədlərində kəşfiyyat uçuşları həyata keçirilir. Diyarbəkirdən havaya qalxan F-16-lar terrorçuların sərhədboyu aşkarlanan sığınacaqları bombalanaraq darmadağın edilir.


Türkiyə Silahlı Qüvvələri sərhədə əlavə canlı qüvvə göndərib

Bu saatlarda Şanlıurfa vilayətinin Suruc rayonunda növbəti 2 partlayış baş verib. Partlayış zamanı ölən olmasa da xeyli sayda heyvan tələf olub. Partlayışın İŞİD və ya PKK terrorçuları tərəfindən törədildiyi ehtimal edildiyindən Türkiyə Silahlı Qüvvələri İraq və Suriya sərhədlərinə əlavə canlı qüvvə və qırıcılar göndərmək barədə qərar qəbul edib.

Həmçinin oxuyun: Türkiyədə terror, 32 ölü (VİDEO, FOTO, YENİLƏNİB)

Son məlumatlara görə, PKK-nın Şimali İraqda yerləşən düşərgələrindən silahlı dəstələr qrup halında Türkiyəyə giriblər. Suriya sərhədindən isə İŞİD terrorçuları eyni şəkildə Türkiyəyə daxil olublar.

Hərbi mənbələrdən “Milliyet”ə verilən məlumata görə, Türkiyə ordusunun başladacağı yeni hərbi əməliyyat son 10 ilin ən böyük əməliyyatı olacaq. Bildirilir ki, F-16 qırıcılarına “Vur” əmri verilib və yeni əməliyyatlarda quru qoşunlarından da istifadə ediləcək.


Türkiyə qırıcılarına “Vur” əmri verilib

Suriyadakı hadisələri yaxından izləyən ABŞ Türkiyədəki “İncirlik” hərbi bazasından sonra Diyarbəkirdəki hərbi hava bazadan da istifadə etməyi planlaşdırır. Hərbi mənbələrdən verilən məlumata görə, hazırda Pentaqon rəsmiləri Türkiyə tərəfi ilə gərgin danışıqlar aparır. Nəticə əldə olunsa İŞİD-in mövqeləri Diyarbəkir hərbi hava bazasından qalxan həm Türkiyə, həm də ABŞ qırıcıları tərəfindən bombardman ediləcək.


İŞİD terrorçuları qrup halında Türkiyə torpaqlarına girir

Həmçinin oxuyun:

Türk desantlar kəndi İŞİD-dən xilas etdi (VİDEO)

Türkiyə qırıcıları İŞİD hədəflərini bombardıman etdi

mənbə :
anspress

Türk ordusundan son 10 ilin en böyük emeliyyatı