İçeriğe geçmek için "Enter"a basın

Kralın büstünün yığışdırılması qərarına etiraz

26-07-2015

02:06 xeber – İspaniya monarxistləri sabiq kralın Barselonanın mərkəzindəki büstünün yığışdırılması barədə şəhər hakimiyyətinin qərarını pisləyib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, şəhərin yeni meri Ada Kolau qərarı izah edərkən I Xuan Karlosun taxtdan imtina etdiyi üçün artıq kral sayılmadığını bildirib.


Ada Kolau sosial ədalətsizliyə qarşı mübarizə aparan siyasətçi imicinə malikdir

İspaniyanın xarici işlər naziri Jose Garcia-Margallo büstün yığışdırılmasını “odluqca xoşagəlməz” hal kimi tənqid edib.

Bu arada Barselona hakimiyyətinin addımı ölkə boyu bir neçə şəhərdə dəstəklənib. İspaniya qanunlarına əsasən, şəhər hakimiyyəti binası yanında dövlət başçısının təsviri qoyulmalıdır.


Sabiq kral I Xuan Karlos

Son seçkilərdə qalib gələn Ada Colau sosial ədalətsizliyə qarşı mübarizə aparan siyasətçi imicinə malikdir. Hakimiyyət başına gəldikdən sonra öz maaşını 5 qat azaldan mer minimum əmək haqqının artırılacağı və yoxsulların sosial mənzillə təmin ediləcəyi barədə vədlər verib.

İspaniya kralı faciənin baş verdiyi yerə gedib

mənbə :
anspress

Kralın büstünün yığışdırılması qerarına etiraz