İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda növbəti ağır yol qəzası: 4 yaralı - FOTO

26-07-2015

01:45 xeber – Bərdədə ağır yol qəzası baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həzi Aslanov küçəsində saat 23:30 radələrində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı çinar ağacına çırpılıb. Nəticədə sürücü 21 yaşlı Səid Ədilov da daxil olmaqla avtomobildə 4 nəfər, Bərdə rayon Cəyirli kənd sakinləri 21 yaşlı Yunis Abdullayev, 18 yaşlı Rəşid Mustafayev və Elnur Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar hadisə şahidlərinin köməyi ilə Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan aldığımız məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir. Müayinə zamanı sürücüdə sərxoşluq əlaməti aşkarlanmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun Ağır yol qəzası: yaralılar var (FOTO)

mənbə :
anspress

Azerbaycanda növbeti ağır yol qezası: 4 yaralı – FOTO