İçeriğe geçmek için "Enter"a basın

İstanbulda İŞİD-lə əlaqəli Rusiya vətəndaşı saxlanıldı

26-07-2015


26.07.2015 / 01:31 xeber –

İstanbulda “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən Dağıstan əsilli Rusiya vətəndaşı Abdulla Abdullayev həbs edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, A. Abdullayev Avropa və  dünyanın bir çox ölkəsindən İŞİD terror təşkilatına qatılmaq üçün Türkiyəyə gələn xarici vətəndaşların İraq və Suriyaya keçirilməsini təşkil edirmiş.

 

Terrorçularla mübarizə sahəsində Türkiyənin bir çox vilayətində iyulun 24-dən başlayan əməliyyatlar davam edir.

 

Son məlumatlara əsasən, 5 min polis əməkdaşının cəlb edildiyi əməliyyat zamanı 104 nəfər şübhəli şəxs qismində saxlanılıb. 

mənbə :
lent.az

İstanbulda İŞİD-le elaqeli Rusiya vetendaşı saxlanıldı