İçeriğe geçmek için "Enter"a basın

Ağır yol qəzası: yaralılar var - FOTO

26-07-2015

01:27 xeber – Lökbatan dairəsində günorta saatlarinda ağir qəza qeydə alınıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məluamtına görə, 2 avtomobilin iştirakı ilə baş verən qəzada 2 nəfər xəsarət alib. Onlardan biri dərhal xəstəxanaya yerləşdirilib. Digərinə isə yerindəcə tibbi yardım göstərilib.

Digər hadisə isə Qaradağ rayonunda baş verib. 2 minik maşınının toqquşması 1 nəfərin xəsarət almasi ilə nəticələnib. Yaxınlıqdan keçənlər avtomobildə sıxılıb qalan sürücünü çıxara bilmədikləri üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini çağırıblar.


Qəza yerindən foto

Qaradağ rayonu ərazisində qeydə alınan hadisə zamanı “Lada” və “Vaz 2107” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində “Jiquli” deformasiyaya uğrayib. Avtmobildə olan sərnişin Samir Abdullayevin sıxılıb qaldiği yerdən çıxarılması üçün əraziyə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yaralı sürücü xilasedicilərin xüsusi alət və avadanlıqları sayəsində sıxılıb qaldığı yerdən çıxarılıb.


Yaralı sürücüyə ilk yardım göstərilir

Faktla bağlı araşdırma aparılır.

mənbə :
anspress

Ağır yol qezası: yaralılar var – FOTO