İçeriğe geçmek için "Enter"a basın

3 nəfər suda boğulmaqdan xilas edildi

26-07-2015

00:54 xeber – Azərbaycanda 3 nəfər suda batmaqdan xilas edilib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Digər iki nəfər isə Mingəçevir şəhərində xilas edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

FHN-dən əhaliyə xəbərdarlıq

mənbə :
anspress

3 nefer suda boğulmaqdan xilas edildi