İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: Seçmə mərhələ oyunlarının tarixləri məlum oldu

26-07-2015


26.07.2015 / 00:47 xeber –

İyulun 25-də DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir mundiala ev sahibliyi edəcək ölkədə – Rusiyada təşkil olunub.

 

Sankt-Peterburqun Konstantinovski sarayında baş tutan mərasimdə 5 konfederasiya üzrə püşk atıb. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edib.

 

Azərbaycan millisi Avropa zonası üzrə seçmə mərhələnin C qrupunda yer alıb.

 

Qeyd edək ki, artıq Avropa zonasının seçmə mərhələ matçlarının tarixləri bəllidir.

 

1-ci tur: 4-6 sentyabr, 2016

2-ci tur: 6-8 oktyabr, 2016

3-cü tur: 9-11 oktyabr, 2016

4-cü tur: 11-13 noyabr, 2016

5-ci tur: 24-26 mart, 2017

6-cı tur: 9-11 iyun, 2017

7-ci tur: 31 avqust-2 sentyabr, 2017

8-ci tur: 3-5 sentyabr, 2017

9-cu tur: 5-7 oktyabr, 2017

10-cu tur: 8-10 oktyabr, 2017

 

Pley-off oyunları

 

İlk oyunlar: 9-11 noyabr, 2017

Cavab oyunları: 12-14 noyabr, 2017

mənbə :
lent.az

DÇ-2018: Seçme merhele oyunlarının tarixleri melum oldu