İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da PKK-ya qarşı aksiya

26-07-2015

12:28 xeber – Türkiyənin Vaşinqtondakı səfirliyi önündə türklər və kürdlər aksiya keçirib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Türkiyənin Vaşinqtondakı səfirliyinın qarşısına Şanlıurfanın Suruç bölgəsində baş vermiş terror aktını bəhanə edən radikal kürdlər və ermənilərdən ibarət təxminən 30 nəfər toplaşdı. Türkiyə əleyhinə aksiyanın keçiriləcəyindən əvvəlcədən xəbərdar olan 100-ə yaxın türk və suriyalı isə bir neçə mert aralıda dayandı. Kürdlər və ermənilər isə PKK lehinə şüarlar səsləndirdi, Türkiyə əleyhinə plakatlar qaldırdı. Onlar Suriya-Kürd Demokratik Birliyinin bayrağını qaldırdılar. “Azad Kürdistan”, “ABŞ kürdlərə kömək et” kimi şüarlar səsləndirdilər.

Türklər və suriyalılar terror hadisəsinə qarşı birlik nümayış etdirdi, birlik və bərabərlik mesajları verdi. Türkiyə bayraqlarını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəklinin qaldıran qrup “PKK, İŞİD ortaqdır”, “Türk-kürd qardaşdır”, ”PKK xəyənatkardır” kimi şüarlar səsləndirdilər.

Türk-Amerika Dərnəyinin üzvü İbrahim Uyar bildirdi ki, aksiyanın səbəbi PPK-ya qarşı çıxmaq və türk xalqnının birliyini nümayiş etdirməkdir.

Anoloji akisyalar Türkiyənin Nyu-York və Bostondakı konsulluqların önündə də keçirilib.

mənbə :
anspress

ABŞ-da PKK-ya qarşı aksiya