İçeriğe geçmek için "Enter"a basın

Ağcabədi və Tovuzda biçilmiş taxıl sahələri yandı

26-07-2015


26.07.2015 / 00:18 xeber –

Ağcabədi və Tovuzda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində 50 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

 

Tovuz rayonu, Qədirli kəndində isə bələdiyyəyə məxsus ərazidə 35 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

mənbə :
lent.az

Ağcabedi ve Tovuzda biçilmiş taxıl saheleri yandı