İçeriğe geçmek için "Enter"a basın

'Mançester Yunayted' David de Xeanın müqaviləsini uzadıb

29-11-2018

[r32]

29 Noyabr, 2018  18:24 xeber – REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu əsas qapıçısı David de Xeanın müqaviləsinin uzadılması ilə bağlı bəndi aktivləşdirib.”Report” “Sky Sports”a istinadən xəbər verir ki, 28 yaşlı qolkiper daha bir il İngiltərə təmsilçisində çıxış edəcək. İspaniya millisinin də şərəfini qoruyan oyunçu 2020-ci ilin yayına qədər “Mançester Yunayted”də çıxış edəcək. Qeyd edək ki, David de Xeanın klubu ilə hazırkı müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. 
mənbə :
Report.az

‘Mancester Yunayted’ David de Xeanin muqavilesini uzadib