İçeriğe geçmek için "Enter"a basın

Gömrük Hospitalının iranlı həkimi yenidən məhkəməyə müraciət edib

29-11-2018

 

29 Noyabr, 2018  17:58 xeber – REPORT.AZ/ Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşı – Jahani Hiveh Hamid Mohammad yenidən məhkəməyə müraciət edib.”Report”un xəbərinə görə, məhkəmə qərarından narazı qalan İran vətəndaşı kassasiya şikayəti verib.Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun icraatına verilib.Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.Qeyd edək ki, İran vətəndaşları – Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habib İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilərək saxlanılıblar.Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışır. O, hazırlıq iclasında məhkəmə zalında həbs olunub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Jahani Hiveh Hamid Mohammad 7 il və Ghahremani Hafez Habib 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iranlıların hər birinin cəzası 1 il 6 ay azaldılıb.
mənbə :
Report.az

Gomruk Hospitalinin iranli hekimi yeniden mehkemeye muraciet edib