[r32]
Pirallahıda əmisinin arvadını yumruqla vurub öldürən şəxsə hökm oxunub
O, 13 il müddətinə azadlıqdan məhrum edilib
29 Noyabr, 2018 17:41 REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.”Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə Bakının Pirallahı rayonunda baş verib. R.Hüseynov əmisinin həyat yoldaşı Mariya Qəhrəmanovanı yumruqla vuraraq öldürüb.
mənbə :
Report.az