İçeriğe geçmek için "Enter"a basın

Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb

28-11-2018

[r32]

28 Noyabr, 2018  22:10 xeber –  REPORT.AZ/ “Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”.“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının lideri, ölkənin sabiq prezidenti Mixail Saakaşvili videomüraciətində deyib. O, bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır: “Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.M.Saakaşvili Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalar keçirməyə çağırıb.
mənbə :
Report.az

Mixail Saakasvili Gurcustan vetendaslarini kutlevi itaetsizliye cagirib