İçeriğe geçmek için "Enter"a basın

Məşhur futbolçu karyerasını başa vurub

28-11-2018

[r32]

28 Noyabr, 2018  19:05 xeber – REPORT.AZ/ İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.“Report” BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İrlaniya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub. Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 67 qol vurub. Veteran forvard karyerası ərzində İngiltərənin “Lids”, “Tottenhem”, “Liverpul”, İtaliyanın “Milan”, ABŞ-ın “Los-Anceles Qelaksi” kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan “Atletiko”su olub.
mənbə :
Report.az

Meshur futbolcu karyerasini basa vurub