İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan MSK: Seçici fəallığı 47%-i keçib

28-11-2018

[r32]

28 Noyabr, 2018  18:42 xeber -REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 17:00-a olan məlumata əsasən 47,31% təşkil edib.“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib. Səsvermədə artıq 1 662 453 seçici iştirak edib. Yüksək seçici fəallığı Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində (58%), ən aşağı fəallıq isə Kvemo Kartli bölgəsinin Tsalka şəhərində (37%) qeydə alınıb. Səsvermə prosesi saat 20:00-da başa çatacaq. Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.
mənbə :
Report.az

Gurcustan MSK: Secici fealligi 47%-i kecib