[r32] 
                26 Noyabr, 2018  19:55 xeber –  hadise/astarada-mikroavtobus-serxos-piyadani-vuraraq-oldurub/”
                   class=”nc-exp-icon-wrap”>
Astarada mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb
26 Noyabr, 2018 19:55
                           https://report.az/storage/news/01e48cfb305f05e44438ffe1fa8bfb6f/1664dd9e-c085-4538-bc62-c078878bad84_292.jpgAstara. 26 noyabr. REPORT.AZ/ Astara rayonunda  mikroavtobus sərxoş piyadanı  vuraraq  öldürüb.”Report”un Cənub bürosunun verdiyi məlumata görə, hadisə  Ələt-Astara  magistralının Pensər kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara şəhər sakini, 44 yaşlı Nahid Əhmədağa oğlu Əbilov idarə etdiyi mikroavtobusla  sərxoş halda yolun hərəkət hissəsinə çıxan Pensər kənd sakini, 48 yaşlı  Rafiq Mürsəl oğlu Teymurovu  vurub.  Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit  müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.  
mənbə : 
Report.az