İçeriğe geçmek için "Enter"a basın

Tanınmış baş məşqçi futbolçulara şokolad yeməyi tapşırdı

24-11-2018

Ançelotti futbolçuların yeməklərinə də diqqət ayırıb və komanda üzvlərinə məşqdən sonra şokolad, avokado və quru meyvələr yeməyi tapşırıb. İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın sabiq baş məşqçisi Maurisio Sarri tərəfindən hazırlanan məşq prosesini dəyişib.

“Report” xəbər verir ki, 59 yaşlı mütəxəssis təlim prosesini yüngülləşdirib.

İtaliyalı məşqçi oyunöncəsi toplanışları ləğv etməklə yanaşı, futbolçulara ailələri ilə daha çox vaxt keçirməyə icazə verib. Lakin o, şərt irəli sürüb ki, oyunçular səhər və nahar yeməyini klubun bazasında etməlidirlər.

K.Ançelotti futbolçuların yeməklərinə də diqqət ayırıb və komanda üzvlərinə məşqdən sonra şokolad, avokado və quru meyvələr yeməyi tapşırıb. 

Qeyd edək ki, Karlo Ançelotti mövsümün əvvəlindən “Napoli”yə rəhbərlik edir. Komanda İtaliya A Seriyasında 12turdan sonra 28 xalla ikinci pillədə qərarlaşıb. </p [r32]
2018-11-24T20:05 xeber – /strong
mənbə :
Sputnik

Taninmis bas mesqci futbolculara sokolad yemeyi tapsirdi