İçeriğe geçmek için "Enter"a basın

Kamran Ağayev türk klubunda

25-07-2015

17:52 xeber – Kamran Ağayevin yeni klubu rəsmən müəyyənləşib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, millimizin qapıçısı Türkiyənin “Karşıyaka” klubuna keçib.Bu barədə PTT 1-ci liqa təmsilçisi rəsmi açıqlama yayıb. Klub Kamranla bir illik müqavilə bağlayıb. Qolkiper bu gün Boluya yollanaraq komandanın hazırlıqlarına qatılacaq.


Kamran Ağayev

“Karşıyaka” İdman Klubu 1912-ci ildə yaradılıb. 103 yaşlı klubun tərkibində futbolla yanaşı, basketbol, voleybol və başqa komandalar fəaliyyət göstərir. “Karşıyaka” indiyədək Super Liqada 16, 1-ci liqada 33, 2-ci liqada 9 mövsüm keçirib. Komandanın baş məşqçisi Cüneyt Dumlupınardı. O ötən mövsüm “Kayserispor”da Kamranın baş məşqçisi olub. Ötən mövsüm Mahir Şükürov “Karşıyaka”da çıхış edib.


“Karşıyaka” klubu

29 yaşlı Kamran bundan əvvəl “Şəfa”, “Turan”, “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ” və Türkiyədə “Kayserispor” klublarının formasını geyinib.

Kamran Ağayev penaltini belə qaytardı

Kamran Ağayev barmaqlarını zədələdi

mənbə :
anspress

Kamran Ağayev türk klubunda