İçeriğe geçmek için "Enter"a basın

Avropada anomal hava tüğyan edir

25-07-2015

17:28 xeber – Avropada anomal hava şəraiti müşahidə olunur.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Avropanın şərqində müşahidə olunan güclü küləklər ciddi fəsadlara yola açıb. Rumıniya, Macarıstan və Avstriyada sürəti saatda 90 kilometrə çatan qasırğa dağıntılar törədib. Avstriya və Macarıstanda külək onlarla evə, elektrik şəbəkələrinə ziyan vurub.

Ruminiyada isə aramsız yağan yağışlar daşqınlara səbəb olub. Yollarda yığılıb qalan sular avtomobillərin hərəkətinə çətinliklər törədiblər.

Türkiyənin cənub-şərqində isə, dəhşətli istilər hökm sürür. Şanlıurfa vilayətində tempratur 51 dərəcəyə çatıb. İnsanlar müxtəlif üsullarla sərinləməyə çalışırlar. Rəsmilər günorta saatlarında insanları mümkün qədər açıq günəşin altında durmamağı məsləhət görür.

Xorvatiyada isə meşə yanğınları tüğyan edir. Alov turizm mərkəzinə qədər irəliləyib. Yanğınsöndürənlər vəziyyətlə əlaqədar bir neçə bölgəni təxliyə etmək məcburiyyətində qalıblar. Rəsmilər küləyin şiddətlənməsi ilə əlaqədar yanğınsöndürmə prosesinin daha da çətinləşdiyini deyiblər.

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında da meşə yanğınlarının qarşısını almaq üçün yanğınsöndürənlər fasiləsiz olaraq fəaliyyət göstərirlər. Prosesə, eyni zamanda, təyyarə və helikopterdən dəstək olunur. Rəsmilər son iki gün ərzində alovların 7 hektar ərazisini əhatə etdiyini deyiblər.

mənbə :
anspress

Avropada anomal hava tüğyan edir