İçeriğe geçmek için "Enter"a basın

Prezident millət vəkilinin qardaşı ilə bağlı sərəncam imzaladı

20-11-2018

Prezident Baba Salayevi FHN Akademiyasının rəisi təyin edib Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Baba Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən seçilmiş deputat Hacı Salayevin qardaşıdır. 

Baba Salayev 2018-ci il mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad olunub.</p [r32]
2018-11-20T20:29 xeber – /strong
mənbə :
Sputnik

Prezident millet vekilinin qardasi ile bagli serencam imzaladi