İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda dəhşət: Qaynata gəlinini güllələdikdən sonra başını kəsdi (YENİLƏNİB-3)

25-07-2015

16:40 xeber – Gəlinini ov tüfəngi ilə güllələyən kişi atəş açıdıqdan sonra onun başını kəsib.

Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ANS PRESS-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev bölgə müxbirimizə açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.

1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açır. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsir. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olur.

14:35:00

Gəlinini qətlə yetirən Amaxan Nəzərovun hadisəni törədərkən sərxoş olmayıb.

Qusarda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi məqamları bəlli olub.

Qaynatası tərəfindən ov tüfəngi ilə qətlə yetirilmiş Sevinc Məmmədovanın qardaşı Həbib Məmmədov Azadlıq.az xəbər verir ki, anspress-in hadisə yerində olan xüsusi müxbirinə açıqlamasında bildirib ki, 75 yaşlı Amaxan Nəzərov hadisəni törədərkən sərxoş olub.

S.Məmmədova 1977-ci il təvəllüdlüdür. Ən dəhşətlisi də budur ki, Sevinc Məmmədova böyüyünün 12 yaşı olmaqla 4 azyaşlı uşaq anasıdır.

A.Nəzərov hadisənin törətdikdən sonra polisə könüllü təslim olub.

Faktla bağlı Rayon Prokurorluğunda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib.

Nəticədə S.Məmmədova hadisə yerində ölüb.

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub.

Onun hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng müsadirə edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin başvermə səbəbləri, təfərrüatlar hələki aydın deyil.

mənbə :
anspress

Azerbaycanda dehşet: Qaynata gelinini gülleledikden sonra başını kesdi (YENİLƏNİB-3)