25.07.2015 / 16:41 xeber –
Abdulla Abdullayevin terror təşkilatının əsas simalarından olduğu bildirilir
Dünən Türkiyənin 16 bölgəsində İŞİD, PKK və DHKP-C terror təşkilatlarına qarşı eyni anda əməliyyat aparılıb. Lent.az-ın huriyyet.com-a istinadən məlumatına görə, əməliyyat nəticəsində 297 nəfər saxlanılıb.
Məlumatda bildirilir ki, əməliyyat zamanı İŞİD-in Türkiyədəki əsas simalarından sayılan azərbaycanlı Abdulla Abdullayev də tutulub.
mənbə :
lent.az