İçeriğe geçmek için "Enter"a basın

Ohanyan Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi ilə sərhəddəki durumu müzakirə edib

25-07-2015


25.07.2015 / 15:22 xeber –

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun Ermənistana səfər edib.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İ. Serqun Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb.

 

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan sərhədindəki durum və digər məsələlər müzakirə edilib.

mənbə :
lent.az

Ohanyan Rusiya Baş Keşfiyyat İdaresinin reisi ile serheddeki durumu müzakire edib