İçeriğe geçmek için "Enter"a basın

Cahangir Hacıyevin həyat yoldaşı Londonda həbs olunub

06-11-2018

[r32]

6 Noyabr, 2018  21:30 xeber – Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva Londonda həbs edilib.
BBC-nin məlumatına görə, onun Britaniyadan ekstradisiya edilməsi gözlənilir.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.
Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.
Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir.
Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.
Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir. Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir

Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbilə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.

Yeni “İzahedilməz Sərvət Sərəncamı” onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir.

Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Noyabrın 3-də isə Böyük Britaniyanın ilk Makmafiya tərzli araşdırması nəticəsində Zamirə Hacıyevanın 400 funt dəyərindəki zinət əşyalarına həbs qoyulub. hadise/cahangir-haciyevin-heyat-yoldasi-londonda-hebs-olunub/”
class=”nc-exp-icon-wrap”>

Cahangir Hacıyevin həyat yoldaşı Londonda həbs olunub

6 Noyabr, 2018  21:30

Bakı. 6 noyabr. REPORT.AZ/ Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda həbs olunub.Əlavə olunur…

mənbə :
Report.az

Cahangir Haciyevin heyat yoldasi Zamirə Hacıyeva Londonda hebs olunub