[r32]
2018-11-01T13:36 xeber – Oktyabr ayının 31-dən noyabrın 1-dək daxili işlər orqanlarında 118 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub.
Cinayət Məcəlləsinin “ölü” maddələri günahsız insanların həyatını məhv edir
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
mənbə :
Sputnik