İçeriğe geçmek için "Enter"a basın

Yanğın parklanma yerinə on milyonlarla dollar ziyan vurub

01-11-2018

[r32]
2018-11-01T03:50 xeber – İtaliyanın Savona şəhərində dünən gecə saatlarında yanğın baş verib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın parklamada baş verib. Nəticədə parklamada saxlanılan bir neçə yüz “Maserati” markalı bahalı avtomobili yanaraq yararsız hala düşüb. Burada neçə avtomobilin yanması haqqında dəqiq məlumat yoxdur. Yanğınsöndürənlərin sözünə görə, yanan avtomobillərin sayı mindən çoxdur. Dəymiş zərər on milyonlarla dollarla ölçülür.
Lüks avtomobillər ilə yanaşı, parklamada adi maşınlar və sərnişin daşıyan avtomobillər də yararsız hala düşüb.
 

mənbə :
Sputnik

Yangin parklanma yerine on milyonlarla dollar ziyan vurub