İçeriğe geçmek için "Enter"a basın

Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb - YENİLƏNİB

01-11-2018

[r32]

1 Noyabr, 2018  00:29 xeber – hadise/gencede-2-yeniyetme-qardasi-masin-vurub-onlardan-biri-olub/”
class=”nc-exp-icon-wrap”>

Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb – YENİLƏNİB

1 Noyabr, 2018  00:29

Gəncə. 1 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yeniyetmənin vurulması ilə bağlı xəbərin təfərrüatları ortaya çıxıb.”Report”un Qərb bürosunun xəbərinə görə, məlum olub ki, hamin hadisə zamanı vurulan Allahverdiyev Amin Ceyhun oğlunu tək yox, 2003-cü il təvəllüdlü qadaşı Allahverdiyev İslam Ceyhun oğlu ilə bir yerdə olub.Onları maşın vurduqdan sonra hər 2 piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada müayinə zamanı qardaşlardan biri, İ.Allahverdiyevin öldüyü bilinib. Digər yaralı, A.Allahverdiyev isə ağır halda öncə Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına, daha sonra isə özəl xəstəxanaların birinə aparılıb.Hadisəni törədən sürücünün saxlanıldığı bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***22:58Gəncə. 31 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Report”un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 13-14 yaşlı Allahverdiyev Amin Ceyhun oğlunu avtomobil vurub.Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib. Yaralının hazırda yaxınları tərəfindən Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılması planlaşdırılır.Faktla bağlı araşdırma aparılır.Yaşı dəqiq qeydə almadıqları üçün təxmini 13-14 yaşı olduğu bildirilir.Bundan əvvəl Yevlaxda təkəri partlayan avtomobil aşaraq piyadanı vurub.

mənbə :
Report.az

Gencede 2 yeniyetme qardasi masin vurub, onlardan biri olub – YENİLENİB