İçeriğe geçmek için "Enter"a basın

Krımda partlayış nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb - YENİLƏNİB-5 - VİDEO

17-10-2018

[r32]

17 Oktyabr, 2018  20:55 xeber – region/krimda-partlayis-neticesinde-olen-ve-yaralananlarin-deqiq-sayi-aciqlanib-yeni-leni-b-5-vi-deo/”
class=”nc-exp-icon-wrap”>

Krımda partlayış nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb – YENİLƏNİB-5 – VİDEO

17 Oktyabr, 2018  20:55

Dinlə

© kerch.fmBakı. 17 oktyabr. REPORT.AZ/ Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 37 nəfər də xəsarət alıb.“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
*** 18:51Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə xidmətindən bildiriblər. “Bundan başqa, onlarla adam xəstəxanalara çatdırılıb”, – xidmətdən qeyd olunub.
*** 17:05Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.”Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu hücumun təşkilatçısı olan tələbələrdən biri intihar edib.Onun bu əməlinin səbəbləri araşdırılır.***16:20Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.”Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.Qeyd olunub ki, hazırda əksəriyyəti yeniyetmələr olan 13 ölü və 50-dək yaralı olduğu məlumdur.Hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Həmçinin bəzi şahidlər partlayışdan sonra binadan atışma səsləri eşitdiklərini bildiriblər.
***14:50Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.”Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.***14:09Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.

mənbə :
Report.az

Krimda partlayis neticesinde olen ve yaralananlarin deqiq sayi aciqlanib – YENİLENİB-5 – VİDEO