[r32]
2018-10-16T20:18 xeber – Ermənistan baş naziri Nikol Paşinyan İctimai Televiziya vasitəsilə istefaya getdiyini elan edib. Bu barədə Sputnik Ermənistan xəbər verib.
Bu istefa Ermənistanda keçiriləcək erkən parlament seçkiləri ilə bağlıdır.
Qeyd edək ki, daha əvvəl Ermənistanın “Jamanak” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib ki, Ermənistan parlamentinə növbədənkənar seçkilər 9 dekabr 2018-ci ildə keçiriləcək.
Ölkə qanunvericiliyinə əsasən, seçkilər hökumət başçısının istefasından 30 gün tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bununla da seçkilər noyabrın sonu-dekabrın ortaları aralığında keçirilməlidir.
Seçkiyə qədər Nikol Paşinyan baş nazirin vəzifələrini icra edəcək.
mənbə :
Sputnik
Ermənistanda gözlənilən baş verdi
16-10-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib