İçeriğe geçmek için "Enter"a basın

Nazirlik səyahətə çıxmaq istəyənlərə xəbərdarlıq edir

12-10-2018

[r32]
2018-10-12T17:45 xeber – İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək. 
©
REUTERS / Murad SezerTürkiyənin əsas hava limanı sökülür
Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti, əsasən, yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcə isti təşkil edəcək.
Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək.
Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

mənbə :
Sputnik

Nazirlik seyahete cixmaq isteyenlere xeberdarliq edir