[r32]
2018-10-01T19:31 xeber – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan Dövlət Gömrük Kpmitəsinə istinadən xəbər verir.
Bakı-İstanbul aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb. Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.
Təkrar yoxlama zamanı, Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik
Qədim xalçaların ölkədən aparılmasına cəhdin qarşısı alınıb
01-10-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib