[r32]
2018-10-01T18:43 xeber – Türkiyə müdafiə sahəsi də daxil olmaqla Rusiya ilə münasibətləri möhkəmləndirmək niyyətindədir. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Rusiya ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bura Suriya, müdafiə sahələri də daxildir. Biz qarşılıqlı olaraq səmərəli layihələr reallaşdırırıq. Bizim əlaqələrimizi pozmaq üçün xeyli sayda provokasiyalar oldu. Lakin biz bunu aşdıq. Ümid edirəm ki, bizim əlaqələrimizi daha da möhkəmləndirəcəyik”, — deyə Ərdoğan deputatalar önündə çıxışı zamanı bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya 2017-ci ilin dekabrında “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı saziş imzalayıb. ABŞ və NATO nümayəndələri dəfələrlə bu müqaviləyə görə Ankaranı tənqid edib.
mənbə :
Sputnik
Ərdoğan Rusiya ilə əlaqələrdən danışdı
01-10-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib