[r32]
2018-09-30T15:51 xeber – Xırdalanda kişi, Tovuzda qadın intihar etmək istədi.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
©
Sputnik / Ivan MakeevBakıda intihar tıxacı: Şəhərin bir hissəsi kilidləndi
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.
Tovuzda isə hadisə rayonda yerləşən parkların birinin yaxınlığındakı körpüdə qeydə alınıb. Report xəbər verir ki, gənc qız özünü körpünün üzərindən atmaq istəyib. Lakin polis tərəfindən hadisənin qarşısı alınıb.
İlkin məlumatlara görə, Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzova Gülay Sadiq qızı həyat yoldaşının Rusiyaya getməsini istəməyib. Bu səbəbdən ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik
İki intiharın qarşısı alındı, biri Xırdalanda, o biri Tovuzda
30-09-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib