İçeriğe geçmek için "Enter"a basın

DYP işçiləri külli miqdarda mənşəyi bilinməyən ət aşkarlayıb

27-09-2018

[r32]
2018-09-27T13:11 xeber – Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tədbir keçirilib və nəticədə mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili işlər Nazirliyindən məlumat verilib. Bildirlib ki, sentyabrın 26-da saat 8 radələrində BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
©
Sputnik / Irade CELIL Ət kəsimi məntəqələri bağlanır, reydlər başladı
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.
Elə həmin gün saat 11 radələrində BDYPİ YPXA-nın 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil də nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 40 kiloqram toyuq və 50 kiloqram mal əti aşkar ediblər. YPX əməkdaşları tərəfindən bu barədə aidiyyəti qurumlara dərhal məlumat verilib.
Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.

mənbə :
Sputnik

DYP iscileri kulli miqdarda menseyi bilinmeyen et askarlayib