İçeriğe geçmek için "Enter"a basın

Tovuzda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulub

27-09-2018

[r32]

27 Sentyabr, 2018  13:12 xeber – hadise/tovuzda-evlerden-pul-ve-qizil-zinet-esyalari-ogurlayan-qohumlar-tutulub/”
class=”nc-exp-icon-wrap”>

Tovuzda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulub

27 Sentyabr, 2018  13:12

Dinlə

Tovuz. 27 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulub. Bu barədə “Report”un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Belə ki, Tovuz rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan rayonunun Aşağı Öysüzlü kənd sakinləri, 27 yaşlı Anar Cəfərli və onun bibisi oğlu 29 yaşlı Eşqin Hüseynov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər iki şəxs bu il aprelin 28-də yaşadıqları kənddəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və 296 manat nağd pul oğurlayıblar. Daha sonra onlar rayonun müxtəlif ərazilərində yerləşən digər 5 evdən də oğurluq ediblər. A.Cəfərli və E.Hüseynov sentyabr ayına qədər olan müddətdə müxtəlif vətəndaşlara məxsus evlərdən 6115 manat, 5550 ABŞ dolları, 70 000 rubl və 15 000 manatdan artıq dəyəri olan qızıl-zinət əşyaları oğulayaraq vətəndaşlara ziyan vurublar. Qohumlar oğurluq faktlarını, əsasən, sahiblərin evdə olmadığı vaxt ərzində törədiblər. Onların oğurladıqları qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Tovuzda evlerden pul ve qizil-zinet esyalari ogurlayan qohumlar tutuldu