İçeriğe geçmek için "Enter"a basın

Siz də düşünün – bu insan sizə lazımdırmı?

25-09-2018

[r32]
2018-09-25T01:25 xeber – Britaniyalı komediya ustası Denil Slossun 20 dəqiqəlik zarafatı 4 mindən çox cütlüyün münasibətinin pozulmasına səbəb olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə aktyor özü bildirib. O qeyd edib ki, daha 17 ailə ayrılmaq ərəfəsindədir.CC0 / rebcenter-moscow / GirlSevgi və pul naminə 8 illik yalan
Məsələ ondan ibarətdir ki, sentyabrın ortalarında aktyor öz şoularından birində qadın və kişi münasibətlərini müzakirə edib. O, bildirib ki, bir çox qadın və kişi öz münasibətlərindən əziyyət çəkməsinə baxmayaraq tənhalıqdan qorxduqları üçün ayrılmır.
“Əgər bizim həyatımızda kimsə yoxdursa, biz tam hüquqlu şəxsiyyət hesab edilmirik. Biz bəzən insanları heç olmamasından, bu yaxşıdır deyə həyatımıza buraxırıq” – Sloss bildirib. O insanları düşünməyə çağırıb və əlavə edib: “Düşünün, sizə belə münasibət lazımdırmı?”
On gün sonra aktyora onlarla mesaj gəlməyə başlayıb. Slossun sözləri tamaşaçılara çox təsir edib. İnsanlar mesajlarında etiraf edib ki, onlar öz tərəf müqabillərindən ayrılıb.
Sloss isə öz növbəsində bildirib ki, heç vaxt heç kimin münasibətini dağıtmaq niyyətində olmayıb.

mənbə :
Sputnik

Siz de dusunun – bu insan size lazimdirmi?