İçeriğe geçmek için "Enter"a basın

Rusiyada sərnişin təyyarəsi yanıb, ölən və yaralananlar var - VİDEO - YENİLƏNİB

01-09-2018

[r32]

1 Sentyabr, 2018  07:53 xeber – Rusiyanın Soçi şəhərinin aeroportunda baş vermiş hadisə zamanı 18 nəfər xəsarət alıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, xəsarət alanlar arasında 3 uşaq da var. Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

TASS agentliyi isə hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyünü xəbər verib. Məlumatda bildirilir ki, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb.

Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

***06:39

“Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Rusiyanın Soçi şəhərində hava limanına enmə zamanı alışıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 6 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib.

Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

mənbə :
Report.az

Rusiyada sernisin teyyaresi yanib, olen ve yaralananlar var – YENİLENİB