İçeriğe geçmek için "Enter"a basın

Təhsil Naziri buraxılış imtahanlarına yenilik etdi

11-07-2015

tehsilnazirii“Bu tədris ilindən Təhsil Nazirliyinin təşəbbüsü ilə xarici dil buraxılış imtahanları siyahısına daxil edilib. Burada əsas məqsəd xarici dilin öyrədilməsinə təkan verməkdir”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

O, qeyd edib: “Bu gün yüksək texnologiyalar dövründə xarici dili bilmək zəruri amildir. Bunun üçün Təhsil Nazirliyi tərəfindən müvafiq proqramlar da keçirilir. Təbii olaraq, bu, daimi bir prosesdir”.

Nazirin sözlərinə görə, Azərbaycan tələbələri hər zaman yeniliklərə açıq olduğu üçün onların istənilən yeni xarici dili mənimsəməsi hər hansı çətinlik və ya problem yaratmır: “Burada əsas məsələ tədrisin düzgün qurulması və bunun nəticəsində də qısa müddət ərzində bu biliklərin əldə olunmasıdır”.

Bu gün Azərbaycan gənclərinin beynəlxalq yarışlarda iştirak etdiyini deyən M.Cabbarov görülən işlərin qısamüddətli deyil, uzunmüddətli olmasını zəruri sayıb.

Təhsil Naziri buraxılış imtahanlarına yenilik etdi