İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

31-07-2018

[r32]

31 İyul, 2018  17:56 xeber – Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.Tərəflər həmçinin “Dəniz kuboku-2018” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar. 

mənbə :
Report.az

Azerbaycan ve Rusiya herbi denizcilerinin gorusu kecirilib