İçeriğe geçmek için "Enter"a basın

Bakıda avtomobil şinləri yandı, yaxınlıqdakı bina zərər gördü

27-07-2018

[r32]
xeber –

Bakıda istifadəyə yararsız şinlərin yanması ətrafdakı binaya da ziyan vurub.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 m² sahədə yanıb.

 

Yaxınlıqdakı çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 2 otağın pəncərəsinin şüşələri çatlayıb. Binanın üzlük hissəsi qismən qaralıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

 

 


mənbə :
Lent.az

Bakida avtomobil sinleri yandi, yaxinliqdaki bina zerer gordu