İçeriğe geçmek için "Enter"a basın

İstirahət günləri səfərə çıxanlar oxusun - HAVA PROQNOZU

27-07-2018

[r32]
xeber –

İstirahət günlərinin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir.  Havanın temperaturu dağətəyi rayonlarda 31-36, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36, dağlıq rayonlarda 28-32 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında hava şəraiti günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.

 

Nazirlik tərəfindən paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yaxın 2 gün ərzində hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. Günorta saatlarında 11:00-17:00-dək günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur. 


mənbə :
Lent.az

İstirahet gunleri sefere cixanlar oxusun – HAVA PROQNOZU