İçeriğe geçmek için "Enter"a basın

(R) Qərbi Kaspi Universitetində abituriyentlər üçün təlim təşkil edilib

27-07-2018

[r32]
xeber –

Qərbi Kaspi Universitetində abituriyentlər və onların valideynləri üçün ixtisas seçimi mövzusunda təlim keçirilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin eksperti də iştirak edib.

Təlimin birinci panelində abituriyentlərə doğru ixtisas seçimi, ixtisas seçərkən hansı məqamların nəzərə alınmalı olduğu ilə bağlı tövsiyələr verilib, uğurlu ixtisas seçimin və kodlaşdırmanın əhəmiyyətli prinsiplərləri şərh edilib, abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

İkinci paneldə isə ixtisaslar və onların gələcək karyera perspektivləri ilə bağlı universitetin ayrı-ayrı fakültələrinin professor-müəllimlərinin təqdimatları olub.

 

Qeyd edək ki, Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzinin “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı 3 binada fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

Ünvanlar:

* Qərbi Kaspi Universiteti

Əsas bina

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət 27

Telefon:+994 12 492 74 18

 

* Dizayn və Memarlıq Məktəbi

Ünvan:Nazim Hacıyev 6

Telefon:(+994 12) 567 29 35

 

* Qərbi Kaspi Universitetinin Kolleci

Ünvan:Cəfər Xəndan küç. 15 B

Telefon:+994 12 5635542


mənbə :
Lent.az

(R) Qerbi Kaspi Universitetinde abituriyentler ucun telim teskil edilib